Bakı 6˚C Sunny

Serbiya ilə iqtisadi əlaqələr müzakirə edildi

Siyasət 17:30 21 dek, 2022
Serbiya ilə iqtisadi əlaqələr müzakirə edildi

Azərbaycanla Serbiya arasında qarşılıqlı investisiyanın təşviqi müzakirə edilib.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb", - nazir bildirib.