Bakı -6˚C Rain and snow

Serbiya və Kosovo arasında danışıqlar nəticəsiz qalıb

Gündəm 19:49 21 noy, 2022
Serbiya və Kosovo arasında danışıqlar nəticəsiz qalıb

Serbiya və Kosovo arasında mübahisəli məsələlərin həlli ilə bağlı keçirilən danışıqlar hələlik nəticə verməyib.

Qazet.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

İki ölkə nümayəndələrinin görüşü Brüsseldə Avropa diplomatiyasının rəhbəri Cosep Borrel və Aİ-nin Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın iştirakı ilə keçirilib.

“Mənə məlum olmayan səbəblərdən razılığa gələ bilmədik. Serbiya tərəfi tamamilə konstruktiv idi", - o deyib.

Belqrad və Priştina arasında fikir ayrılıqlarının kəskinləşməsi noyabrın 1-dən qüvvəyə minən Kosovoda serb avtomobillərinin nömrələrinə qoyulan qadağa fonunda baş verib. Qadağaya əməl etməyənlər 150 avro cərimələnəcək. 21 aprel 2023-cü il tarixindən sonra isə Kosovo hakimiyyəti Serbiya nömrəli avtomobilləri müsadirə edəcək.