Serbiya XİN: Azərbaycanla dostluq qarşılıqlı inam və hörmətə əsaslanır
Siyasət
16:36 21 avq, 2022
![Serbiya XİN: Azərbaycanla dostluq qarşılıqlı inam və hörmətə əsaslanır](https://qazet.az/resized/fit900x500/center/pages/97329/4b0cb746-afb2-3862-af7d-e2b9ffc81e80-850jfif.jpg)
“Azərbaycanla dostluq qarşılıqlı inam və hörmətə əsaslanır”.
Qazet.az xəbər verir ki, bu Serbiya Xarici İşlər Nazirliyinin tviter hesabında Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə paylaşımında yer alıb.
“Əlamətdar yubiley - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi çatdırırıq. Serbiya ilə Azərbaycan arasındakı dostluq xalqlarımız arasında qarşılıqlı inam və hörmətə əsaslanır”, - paylaşımda vurğulanır.