Serbiyada fabrikdə partlayış olub, 2 nəfər ölüb
Gündəm
19:54 24 yan, 2022
Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır

Serbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.
Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumat verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.
Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.