Bakı 11˚C Dreary

Serbiyada yeni hökumətlə bağlı parlament səsvermə keçirəcək - YENİLƏNİB

Gündəm 20:46 23 okt, 2022
Serbiyada yeni hökumətlə bağlı parlament səsvermə keçirəcək - YENİLƏNİB

Serbiya parlamentinin (Milli Assambleya) yeni hökumətin formalaşdırılması ilə bağlı səsverməsi oktyabrın 25-də keçiriləcək.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serb Tərəqqi Partiyasının sədr müavini, Novi Sad şəhərinin meri Miloş Vuçeviç bildirib.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin yeni hökumətini elan edib. Dövlət başçısının sözlərinə görə, yeni kabinet 25 nazirlikdən ibarət olacaq.

Aprelin 3-də Serbiyada prezident və növbədənkənar parlament seçkiləri keçirilib. Vuçiç prezident seçkilərinin birinci turunda 58,57 faiz səslə qalib gəlib. Parlament seçkilərində onun “Biz birlikdə hər şeyə qadirik” koalisiyası 42,97% səs toplayaraq ən çox mandat qazanıb.

***

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin yeni hökumətini elan edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, Baş nazir Ana Brnabiç, baş nazirin müavini və xarici işlər naziri İvitsa Daçiç, müdafiə naziri Miloş Vuçeviç, maliyyə naziri Sinişa Mali təyin edilib.

Yeni kabinetin işinə başlamaq üçün indi onun parlamentin deputatları tərəfindən dəstəklənməsi lazımdır.