Bakı 8˚C Intermittent clouds

“Sərəncamın linkini göndərəndən sonra inandım...” - Misir Mərdanov

Gündəm 21:11 02 okt, 2021

Sərəncamın linkini göndərəndən sonra inandım

“Sərəncamın linkini göndərəndən sonra inandım...” - Misir Mərdanov

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qazet.az xəbər verir ki, bununla bağlı Qaynarinfo-ya açıqlama verən Misir Mərdanovun sevincini belə bölüşüb: "Sabah 75 yaşım tamam olacaq. Ölkə başçısı məni 60 yaşımda "Şöhrət”, 75 yaşımda da 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Bu ən böyük hədiyyəm oldu. Prezidentimiz hər zamankı kimi mənim sadə əməyimə çox böyük qiymət verdi. 

Cənab Prezidentə özümün və ailəmin adından təşəkkürümü bildirirəm. Allah ona cansağlığı versin. Azərbaycanımızın uzun illər xoşbəxtlik gətirən rəhbəri olsun. Məhz onun komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Hazırda azad olunan ərazilərimizdə tikinti-quruculuq işləri gedir. Mən də hər zaman bir əsgər kimi Prezidentimizin tapşırıqlarını yerinə yetirməyə hazıram”. 

Misir Mərdanov bildirib ki, 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunması onun üçün gözlənilməz olub: "Evdə oturmuşdum. İnstitutdakı köməkçimdən zəng gəldi və təltif olunmağıma görə məni təbrik etdi. Əvvəlcə inanmadım. Sərəncamın linkini göndərəndən sonra inandım”.

Qeyd edək ki, Misir Mərdanov 1998-2013-cü illərdə Təhsil naziri olub. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini tutur.