Sergey Lavrovla "Taliban" nümayəndələri arasında görüş başlayıb
Gündəm
14:47 20 okt, 2021
Görüş bağlı qapılar arxasında davam edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada səfərdə olan “Taliban”ın müvəqqəti hökumətinin nümayəndələri arasında görüş başlayıb.
Qazet.az TASS-a istinadən bildirir ki, görüş hazırda “Prezident” otelində, bağlı qapılar arxasında davam edir.
İkitərəfli müzakirələr yekunlaşandan sonra danışıqların Əfqanıstan üzrə Moskva formatı (regionun on ölkəsi) çərçivəsində davam etdiriləcəyi gözlənilir.