Bakı 26˚C Intermittent clouds

Sergey Lavrovun İtaliyada qısa və faydalı görüşü

Gündəm 17:51 01 noy, 2021

Sergey Lavrovun İtaliyada qısa və faydalı görüşü

Sergey Lavrovun İtaliyada qısa və faydalı görüşü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 sammiti başçılarının görüşü çərçivəsində Amerika prezidenti ilə qısa və faydalı dialoqunun olduğunu bildirdi.

Fars beynəlxalq xəbər agentliyinin məlumatına əsasən Vaşinqtonla Moskva arasında gərginliyin olmasına və Amerikanın Rusiya səfirlik və konsulluqlarının 55 nəfər üzvünü ölkədən çıxarmağa hazırlaşmasına baxmayaraq Sergey Lavrov və Co Bayden görüşdülər.

Rusiya KİV-nin məlumatına əsasən Sergey Lavrov “Rusiya-1” televiziya kanalına müsahibəsində özünün ABŞ prezidenti Co Baydenlə son görüşünü şərh etmişdir. 

Rusiyanın xarici işlər naziri “Rusiya-1” televiziya kanalına müsahibəsində şənbə günü Amerika prezidenti ilə öz dialoqu haqqında dedi: “Mənim prezident Baydenlə qısa, amma faydalı bir dialoqum oldu ki, ən yaxşı salamlarını Vladimir Putinə çatdırdı və Amerika ilə Rusiya arasında daha çox təmasların qurulması üçün öhdələrinə düşən vəzifələrdən danışdı”. 

Sergey Lavrov həmçinin əlavə etdi ki, biz də gələcəkdə bu təmasların yaradılma imkanlarının proqnozlaşdırılması barədə qısa şəkildə söhbət etdik. Mən Baydenlə görüşüm barədə Rusiya prezidentinə məlumat vermişəm və bizim növbəti proqramlarımıza əvvəlcədən hazırlıq üçün çox faydalı olacağını düşünürəm.