Bakı 4˚C Mostly cloudy

Sərhəddə nələr baş verir? – XRONOLOGİYA

Cəmiyyət 18:00 13 sen, 2022
Sərhəddə nələr baş verir? – XRONOLOGİYA

Dünən gecə saatlarında Ermənistan Silahlı Qüvvələri dövlət sərhədinin Kəlbəcər, Daşkəsən və Laçın istiqamətlərində təxribat törədib.

Qazet.az baş verən təxribat və hadisənin gedişatı ilə bağlı xronoloji ardıcıllığı sizə təqdim edir.

00:58 - Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. 

01:08 - Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır. 

01:23 - Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi. 

02:09- Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.
Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. 

02:45 -  Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovun iştirakı ilə brifinq keçirildi. 

02:50- Rusiya Prezidenti Putin və Ermənistanın Baş Naziri Paşinyan arasında telefon danışığı oldu. 

02:54 - Mütəxəssis İqor Korotçenko baş verən əməliyyatlar barədə danışdı. 

03:40 - Ermənistan Müdafiə Nazirliyi sərhəddəki vəziyyət və erməni hərbçilərinin itkiləri barədə məlumat yaydı 

03:50 - Daha sonra Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb 

06:01 - ABŞ-ın Dövlət Katibi Entoni Blinken hər iki tərəfə müraciət etdi. 

06:09 - Nikol Paşinyanla Entoni Blinken arasında telefon danışığı oldu. 

07:00 - Ermənistanın səhiyyə nazirliyi mülki şəxslər arasında itki olmadığını bildirdi.

07:32 - Azərbaycan XİN sərhəddə baş verən təxribatla bağlı bəyanat yaydı. 

09:12 - Müdafiə Nazirliyi düşmənin dezinformasiya siyasəti ilə bağlı məlumat yaydı. 

09:20 - Xarici İşlər Naziri Ceyhun Bayramovla Entoni Blinken arasında telefon danışığı baş tutdu. 

09:50 - "Caliber.az" saytının məlumatına görə, tərəflər arasında atəşkəs əldə olunub. 

10:20 -  Azərbaycanda olan hərbi attaşelər ermənilərin təxribatı barədə məlumatlandırılıb. 

10:32 -  Aİ Azərbaycan və Ermənistana çağırış etdi.

10:35 - Ermənistan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı oldu.

10:38 - Türkiyə və Azərbaycan XİN başçıları sərhəddə baş verən təxribatı müzakirə etdi.

10:53 -  İran XİN sərhəddə baş verən erməni təxribatından danışdı. 

11:01 - Düşmən Zəngilanda təxribatda törətdi.

11:10 - Erməni deputat Alen Simonyan itkiləri etiraf etdi. 

11:26 - DSX düşmənin geri çəkilməsi ilə bağlı xəbər yaydı.

11:34 -  Paşinyan Şarl Mişellə telefonla danışdı.

11:35 - Paşinyan itkilərin sayının 49 olduğunu açıqladı.

11:38 -  Ombudsman Səbinə Əliyeva erməni təxribatı ilə bağlı bəyanat yaydı.

11:48 -  Ukrayna XİN sərhəddə baş verən təxribara münasibət bildirdi.

11:58 -  Paşinyan İran Prezidenti Rəisi ilə telefonla danışdı.

12:10 -  Zakir Həsənov türkiyəli həmkarı ilə telefonla danışdı.

12:16 -  Rusiya XİN sərhəddə baş verən təxribatla bağlı məlumat yaydı. 

13:15 - Baş Prokurorluq erməni təxribatı ilə bağlı məlumat yaydı.

13:25 - KTMT-nin mətbuat xidməti Ermənistanın onlara müraciət etməsi ilə bağlı xəbəri təsdiqlədi.

13:50 -  KTMT sərhəddəki vəziyyətlə bağlı bəyanatla çıxış etdi.

14:25 -  XİN mətbuat katibi Leyla Abdullayeva Ermənistanın təxribatı ilə bağlı açıqlama yaydı.

14:35 - Kreml vəziyyətin gərgin olması ilə bağlı açıqlama yaydı.

14:42 - NATO sərhəddəki təxribatla bağlı açıqlama yaydı. 

15:22 - Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

15:29 - Şarl Mişel (Aİ Şurasının prezidenti) sərhəddəki gərginliyə münasibət bildirdi.

15:40 -  Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sərhəddə baş verən erməni təxribatı ilə bağlı paylaşım etdi. 

16:20 - Dünya azərbaycanlıları beynəlxalq ictimaiyyətə müraciət etdi.

16:40 -  Rusiyalı hərbi jurnalist Semyon Peqov ermənilərin 180 nəfər itki verdiklərini açıqladı. 

17:05 - AŞ-ın baş katibi sərhəd təxribatına münasibət bildirdi.

 

Qeyd edək ki, baş verən hadisə ilə bağlı araşdırmalar aparılır və yeni məlumatlar gün ərzində ictimaiyyətə təqdim olunacaq.