Bakı 7˚C Showers

“Sərhədə silahlar və hərbçilər yığılır" - Belarus rəsmisi ÇAĞIRIŞ ETDİ

Gündəm 11:44 13 okt, 2022
“Sərhədə silahlar və hərbçilər yığılır" - Belarus rəsmisi ÇAĞIRIŞ ETDİ

Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

Qazet.az xəbər verir ki, Belarus XİN rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, Qərb ölkələrinin nümayəndələri Belarus-Ukrayna sərhədinə göndərilsə, bu, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb olunması demək olacaq.

Belarus rəsmisi ölkəsinin Qərb sərhədindəki vəziyyət barədə də danışıb:

“Sərhədə hərbi texnika və silahlar köçürülür, hərbi qulluqçular yığılır. Biz buna göz yummamalıyıq. Təbii ki, adekvat cavab tədbirləri, o cümlədən hərbi tədbirlər hazırlanacaq”.