Bakı 13˚C Mostly cloudy

Sərkisyana istefasını geri çəkmək üçün bir həftə vaxt verildi

Gündəm 14:00 24 yan, 2022

Armen Sərkisyan ötən gün istefa verdiyi haqda müraciəti rəsmi səhifəsindən yayıb və parlamentə göndərib

Sərkisyana istefasını geri çəkmək üçün bir həftə vaxt verildi

Ermənistan Prezidenti Armen Sərkisyan istefasını bir həftə müddətində geri götürə bilər.

Qazet.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Parlament iclasında çıxış edən Simonyan Konstitusiyaya görə, Armen Simonyanın bir həftə vaxtı olduğunu xatırladıb. Yalnız bir həftə ərzində istefa ərizəsini parlamentdən geri götürməsə, onda onun istefası qəbul edilmiş sayılacaq.

Qeyd edək ki, Armen Sərkisyan ötən gün istefa verdiyi haqda müraciəti rəsmi səhifəsindən yayıb və parlamentə göndərib.