Sərnişinlərin NƏZƏRİNƏ: Marşrutun hərəkət sxemində dəyişiklik edildi
Cəmiyyət
15:55 29 sen, 2021
Bakı Nəqliyyat Agentliyi məlumat yayıb

Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.
Qazet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən, marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilən yeni yaşayış kompleksi müəyyən edilib.
Qeyd edilən əraziyə marşrutun fəaliyyəti sabahdan təmin ediləcək.