Bakı 20˚C Sunny

“ŞərqTərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti başladı

Gündəm 22:13 15 dek, 2021

Sammitdə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderləri iştirak edir.

“ŞərqTərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti başladı

Belçikanın paytaxtı Brüsseldə “ŞərqTərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti öz işinə başlayıb.

“Qazet.az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts Tvitter hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdən sonra Aİ Şurasının Prezidenti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransı keçirəcək.

Sammitdə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderləri iştirak edir.