Bakı 30˚C Sunny

Səudiyyə bu ölkələr üçün nefti ucuzlaşdırır

Biznes 03:59 06 dek, 2022
Səudiyyə bu ölkələr üçün nefti ucuzlaşdırır

Səudiyyə Ərəbistanı yanvar ayında Asiya alıcıları üçün neftin əksər növlərinin qiymətlərini aşağı salacaq.

Qazet.az xəbər verir ki, bu barədə “Saudi Aramko” şirkəti məlumat yayıb.

“Asiyaya tədarük edilən əsas növ “Arab Light”ın qiyməti gələn ay bir barel üçün 2,2 dollar ucuzlaşacaq. Ekspertlər Asiya üçün “Arab Light” qiymətlərinin orta hesabla 2,1 dollar/barrelə düşəcəyini gözləyirlər”, - bildirilib.

Qeyd edilir ki, ABŞ üçün qiymətlər ardıcıl ikinci ay dəyişməz qalacaq.