Kral Ronaldonun xətrinə qanunu pozdu
Cəmiyyət
10:53 05 yan, 2023
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges paytaxt Ər-Riyaddakı evlərində uşaqları ilə birlikdə yaşaya biləcəklər.
Qazet.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti evli olmayan cütlüklərin eyni evdə yaşamasına icazə vermir.
Lakin bu qadağa Ronaldo və Corcina cütlüyünə aid olmayacaq. Məsələ klub rəsmilərinin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən aldıqları xüsusi icazə ilə həll olunub.
Qaynaq