Səudiyyə Ərəbistanı rəsmisi İranla münasibətlərdən danışdı
Siyasət
16:00 15 dek, 2021
Məsələ barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri danışıb
“Səudiyyə Ərəbistanı İranın yeni hökuməti ilə əlaqə saxlayır və müsbət cavab alacağına ümid edir”.
Qazet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl-Səud danışıb. Onun sözlərinə görə, İranın Vyanadakı sərt mövqeyi bütün ölkələri narahat edib.
“İranla nüvə danışıqlarında iştirakımız bizi həll yollarını tapmağa yaxınlaşdırır. Körfəz Əməkdaşlıq Şurası İranla uzunmüddətli və hərtərəfli nüvə sazişi bağlamaq istəyir” – deyə nazir bildirib.