Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq humanitar yardım edəcək
Gündəm
09:37 15 okt, 2022
Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon ABŞ dolları məbləğində humanitar yardım edəcək.
Qazet.az SPA dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.
Vəliəhd vasitəçilik səylərini davam etdirməyə və gərginliyin azaldılmasına töhfə verən tədbirləri dəstəkləməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Cozef Bayden Ukraynaya 725 milyon dollarlıq hərbi yardım ayırdığını bəyan etmişdi.