Səudiyyə Ərəbistanından İraqa dəstək
Gündəm
13:00 10 noy, 2021
Rəsmi Ər-Riyad məsələyə münasibət bildirib.
Səudiyyə Ərəbistanı vəliəhdinin İraqın baş naziri ilə telefon danışığı olub.
Qazet.az İraq KİV-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İraqın baş naziri Mustafa Əl-Kazemiyə telefonla zəng edib.
Söhbət zamanı vəliəhd Məhəmməd bin Salman İraqın Yaşıl bölgəsində baş nazirin iqamətgahına terror hücumunu pisləyib.
O, bildirib ki, Səudiyyə Ərəbistanı İraqda təhlükəsizlik və əmin-amanlığı dəstəkləyir.