“Sevdiyin insanın səninlə eyni yaşda olması qayda deyil” - Makron
Maraqlı
03:13 10 yan, 2023
Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona olan sevgisindən söz açıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron bunu jurnalistlərlə görüşü zamanı dilə gətirib.
O, qeyd edib ki, bir çox şəxs ona Bricit ilə evlənməməli olduğunu deyib:
“Mənə dedilər ki, prezident örnək olmalı, müəllimi ilə evlənməməlidir. Lakin insan aşiq olanda seçim onun əlində olmur”.
O, həyat yoldaşı ilə arasında olan yaş fərqindən də söz açıb:
“Əslində Bricit mənim müəllimim deyildi, sadəcə teatr müəllimim idi. Bu, tamamilə eyni şey deyil. Sevginin əsas prinsipi hər şeyi mümkün etməsidir. Aşiq olduğun insanın səninlə eyni yaşda olması yazılı qayda deyil”.