Bakı 16˚C Partly sunny

“Sevil” vokal kvartetinin ifaları rəqəmsal platformalarda - VİDEO

Multimedia 16:32 11 okt, 2022
“Sevil” vokal kvartetinin ifaları rəqəmsal platformalarda - VİDEO

“Sevil” vokal instrumental ansamblının ifaları rəqəmsal platformalarda dinləyicilərə təqdim edilib.

Bu barədə Qazet.az-a Vaqif Mustafazadə adına Xeyriyyə Fondundan məlumat verilib.

Bildirilib ki, albomda Hacı Xanməmmədov, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Cahangir Cahangirov, Fikrət Əmirov və digər bəstəkarların musiqiləri ilə yanaşı, Azərbaycan xalq mahnıları da özünəməxsus stildə yer alır.

“Caz-muğam” üslubunun banisi, dahi bəstəkar Vaqif Mustafazadənin yaratdığı “Sevil” vokal instrumental ansamblının ifaları bütün rəqəmsal platfotmalardan yüksək keyfiyyətli formatda dinləmək mümkündür.

Albom ümumilikdə 38 parçadan ibarətdir.

Xatırladaq ki, bundan öncə Vaqif Mustafazadənin “Caz-muğam” üslubunda improvizasiyalar”, “Yollar”, “Jazz Hour”, “Tofiq Quliyev bəstələrinə caz kompozisiyaları”, “Əzizəni gözləyərkən” və s. kimi albomları da rəqəmsal platformalarda yayımlanıb.

Dinləyicilər aşağıdakı link vasitəsilə alboma keçid edə bilərlər: