"Sevilya"nın baş məşqçisi istefaya göndərildi
İdman
10:55 06 okt, 2022
"Sevilya" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Qazet.az klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə Dortmund "Borussiya"sına 1:4 hesabı ilə uduzmasından sonra bu qərar açıqlanıb.
Qeyd edək ki, "Sevilya" ÇL-də G qrupunda 1 xalla 3-cü pillədə qərarlaşıb. Komanda La Liqada isə 5 xalla 16-cı yerdədir.
Xatırladaq ki, X.Lopeteqi 2019-cu ilin iyunundan "Sevilya"nı çalışdırırdı.