Bakı 14˚C Mostly cloudy

Acunun keçmiş yoldaşı Misirdə özünə toy edəcək

Maraqlı 15:39 16 sen, 2021

Şeyma Subaşı eşq həyatı ilə bağlı açıqlamalarıyla gündəmdə 

Acunun keçmiş yoldaşı Misirdə özünə toy edəcək

Acun Ilıcalı'nın keçmiş həyat yoldaşı və qızı Melisanın anası Şeyma Subaşı bir müddətdir misirli milyarder Məhəmməd Elsaloussi ilə eşq yaşayır.  

 

Həyatı və  paylaşımları ilə diqqət çəkən Şeyma Subaşı Youtube -a qayıdıb. 

O, aldığı radikal qərarları ortalama 14 dəqiqəlik video ilə izah edib.

Yeni şirkət qurduğunu deyən 31 yaşlı Subaşı saçlarından dırnaqlarına qədər istifadə etdiyi bütün məhsulların bu şirkətdə yer alacağını bildirib.

 

 

Bodrumda ailəvi tətildə valideynlərinin Məhəmməd Elsaloussini çox sevdiklərini deyib.  

"Məhəmməd Elsaloussi ailəmdən məni istədi "deyən Subaşı Bodrumda daha da yaxınlaşdıqlarını söyləyib. 

Toyu harada keçirəcəklərini bilmədiyini deyən Subaşı: "Məhəmməd mənə dedi ki, sənə elə bir toy edəcəm ki, dünyada hər kəs bizim toyumuz haqqında bir il danışsın".