Bakı 2˚C Mostly cloudy

Sığınacağa yerləşdirilən şəxslərin sayı müəyyənləşdi

Cəmiyyət 10:25 20 dek, 2022
Sığınacağa yerləşdirilən şəxslərin sayı müəyyənləşdi

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 178 nəfər qəbul olunub.

Bu barədə Qazet.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər. Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir. Onlardan 39-u uşaqlardır.

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.