Sığınacaq hazırlayın - Podolyak Krım sakinlərinə müraciət etdi
Siyasət
22:12 05 sen, 2022
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Krım yarımadasının yaşayan insanlara müraciət edib.
Qazet.az xəbər verir ki, bunu Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır.
“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.