Silah-sursat aşkarlandı
Gündəm
11:50 24 okt, 2022

Göygöl rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qazet.az-a bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.
Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.