“Silahlı Qüvvələr vəziyyəti daim izləyir və nəzarət edir” - Rusiya MN
“Rusiya Silahlı Qüvvələri vəziyyəti daim izləyir və nəzarət edir”
Təlimdə ABŞ Hərbi Dəniz Qüvvələrinə əlavə olaraq taktiki, patrul və strateji hərbi hava qüvvələri, həmçinin Bolqarıstan, Gürcüstan, Rumıniya, Türkiyə və Ukrayna silahlı qüvvələrinin iştirakının planlaşdırıldığını nəzərə alaraq, Kiyevin cənub-şərqində hərbi toqquşma ehtimalına qarşılıq döyüş bölgəsinin araşdırılması mümkündür.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik ABŞ ordusunun Qara dənizi bu yolla mümkün hərbi əməliyyat bölgəsi kimi araşdırdığını bildirib: “Rusiya Silahlı Qüvvələri vəziyyəti daim izləyir və nəzarət edir”.
Qeyd edək ki, ABŞ hərbi gəmiləri NATO müttəfiqləri ilə təlimlərdə iştirak etmək üçün oktyabrın sonunda Qara dənizə daxil olub.