"Şimal axını" boru kəmərinin 50 metrlik hissəsi dağılıb
Biznes
15:20 18 okt, 2022
Rusiya qazını Almaniyaya gətirən sualtı boru kəmərinin ən azı 50 metrinin keçən ay baş verən partlayış nəticəsində dağıldığı güman edilir.
Qazet.az xəbər verir ki, İsveçin “Expressen” qəzeti tərəfindən yayımlanan Norveç robotexnika şirkəti tərəfindən çəkilmiş videoda “Şimal axını 1” borusunun böyük yırtığını əks etdirir.
Danimarka polisi hesab edir ki, "Şimal axını 2"də dörd dəlik yaradıb.
Təxribat şübhəsi ilə partlayışların təfərrüatları hələlik məlum deyil.
Sentyabrın 26-da Baltik dənizindən keçən beton borularda baş verən partlayışlardan sonra qaz nəqli dayandırılıb.
Kreml buna görə Qərb dairəsini ittiham edib.