Bakı 14˚C Sunny

Avropaya qazın nəqli dayandırıldı

Xəbərlər 11:48 27 sen, 2022
Avropaya qazın nəqli dayandırıldı

“Şimal axını” (“Nord Stream-1” – , Rusiya qazını Avropaya nəql edən əsas marşrut – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb.

Qazet.az  TASS-a istinadən xəbər verir.

"Qazprom"un məlumatına görə, sonuncu texniki yoxlama onu göstərib ki, fəaliyyətdə olan axırıncı qazvuran qurğunun texniki servisi zamanı qağ sızması aşkar olunub ki, bu nasazlıq həll olunmayana qədər şirkət kəmər ilə qazın nəqlini tam dayandırmaq məcburiyyətində olub.

Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir.