“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas keçirilib - FOTO
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas keçirilib

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupunun 6-cı iclası keçirilib.
Qazet.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, cəmiyyət sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər ölkələrin də inkişafında əhəmiyyətli rol oynayacaq, iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.