Bakı 19˚C Sunny

Şimali Kipr Prezidenti xalqımızı təbrik edib

Siyasət 13:57 17 noy, 2022
Şimali Kipr Prezidenti xalqımızı təbrik edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qazet.az xəbər verir ki, o, təbrikini "tviter"də etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl - 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, - dövlət başçısı bildirib.