Bakı 16˚C Mostly cloudy

Şimali Koreya beynəlxalq agentliklə əməkdaşlıqdan imtina etdi

Gündəm 12:19 18 noy, 2021

Bu mövqe BMT-nin ümumi iclasında bildirilib.

Şimali Koreya beynəlxalq agentliklə əməkdaşlıqdan imtina etdi

Koreya Xalq Demokratik Respublikası atom enerjisi sahəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıqdan imtina edib.

Qazet.az Rusiyanın “TAS” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın BMT-dəki xüsusi nümayəndəsi Kim Sonq bəyan edib. 

O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Şimali Koreyanın nüvə sınaqlarını yoxlamağa heç bir ixtiyarı və səlahiyyəti yoxdur. 

“Beynəlxalq Agentlik nə qədər ki, Amerikanın düşmən siyasətinə təslim olacaq, əsla, bu qurumla əməkdaşlıq etməyəcəyik” deyə Kim Sonq əlavə edib.