Şimali Koreya liderinin bacısı meydan oxudu: “Ağzını yum"
Siyasət
12:05 19 avq, 2022
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Conq Unun bacısı Kim Yo-conq Cənubi Koreyanın yarımadanın nüvəsizləşdirməsi istiqamətində atdığı addımları “absurd” adlandırıb.
Qazet.az BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreyanın prezidenti Yun-Suk Yol planın icrası ilə bağlı çıxışı KXDR liderinin bacısı tərəfindən qəzəblə qarşılanıb.
Kim Yo-Conq çıxışında Cənubi Koreya prezidentinə “Ağzını yum” deyə sərt ifadə işlədib. Həmçinin KXDR-nin güclü qadını Cənubi Koreya liderini “adi insan, uşaqcasına hərəkət edən” adlandırıb.
Cənubi Koreya KXDR-nin bu addımını belə şərh edib:
“Şimali Koreyanın bu yanaşması Koreya yarımadasının gələcəyi və rifahı baxımından sülh üçün heç bir əhəmiyyət daşımır”.