Şimali Koreya nüvə silahından istifadəyə hazırlaşır
Siyasət
10:45 10 okt, 2022
Şimali Koreya (KXDR) keçirdiyi son raket sınaqları barədə ictimaiyyətə məlumat verib.
Qazet.az xəbər verir ki, KXDR son raket atışlarını Cənubi Koreya üzərinə nüvə hücumunun "simulyasiyası" olduğunu bildirib.
Məlumata görə, Şimali Koreyanın son beş ildə ilk nüvə silahı sınağını keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.
Son həftələrdə Pyonqyanq ABŞ və Cənubi Koreyanın təlimlərinə cavab olaraq yeddi raket buraxıb.
Bazar ertəsi dövlət mediası raketlərin nüvə silahı daşımaq üçün nəzərdə tutulduğunu iddia edən geniş hesabatlar dərc edib.
Onlar raket atışlarının ABŞ və Cənubi Koreyaya xəbərdarlıq məqsədi ilə aparıldığını bildiriib.
Dövlət xəbər agentliyi KNCA lider Kim Conq Unun sınaqlara nəzarət etdiyini əks etdirən fotolar yayımladı.