Bakı 4˚C Windy

Şimali Koreya Yaponiyaya raket atıb

Gündəm 00:07 14 okt, 2022
Şimali Koreya Yaponiyaya raket atıb

Şimali Koreya oktyabrın 13-dən 14-nə keçən gecə Yapon dənizinə doğru növbəti, ballistik raketi atıb. 

Qazet.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi rəsmi saytında məlumat yayıb.

Raketin düşdüyü bildirilir, lakin onun düşdüyü yer dəqiq məlum deyil. Səlahiyyətlilər dənizdə olan balıqçılardan sahil mühafizəsini xəbərdar etmələrini və dağıntılar aşkar edilərsə, onlardan uzaq durmalarını istəyib.

İndi Yaponiya Müdafiə Nazirliyi Pxenyanın növbəti raket buraxılışı ilə bağlı məlumatları toplayır və təhlil edir. Son vaxtlar KXDR mütəmadi olaraq belə atışlar həyata keçirir.