Bakı -4˚C Rain

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Gündəm 14:17 01 okt, 2021

KXDR Hərbi Elmlər Akademiyası raketin dəqiqliyi, cavab sürəti və uçuş məsafəsinin artırıldığını bildirib

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Şimali Koreya yeni hava hücumundan müdafiə raketlərini sınaqdan keçirdiyini bildirib.

Qazet.az xəbər verir ki, "Koreyanın Səsi" radiosu bildirib ki, sınaq proseduru hazırlanmış raketin döyüş parametrlərini sınamaq üçün edilib.

KXDR Hərbi Elmlər Akademiyası raketin dəqiqliyi, cavab sürəti və uçuş məsafəsinin artırıldığını bildirib.

Bu həftənin əvvəlində Cənubi Koreya Baş Qərargah Rəisləri Şimali Koreyanın Yapon dənizinə doğru qısa mənzilli bir raket buraxdığını bildiriblər. 15 sentyabrda Şimali Koreya eyni istiqamətə iki ballistik raket göndərib. Bu raketlərdən hər ikisi Yaponiyanın iqtisadi zonasına düşüb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.