Şimali Koreyadan Rusiyaya silah satışı ilə bağlı açıqlama
Siyasət
09:18 22 sen, 2022

Şimali Koreya (KXDR) Rusiyaya silah satılması ilə bağlı xəbərləri inkar edib.
Qazet.az xəbər verir ki, rəsmi Pyonqyanq Rusiyaya heç vaxt silah satmadığını və gələcəkdə də bunu planlaşdırmadığını qeyd edib.
ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, Rusiya Şimali Koreyadan raket və artilleriya mərmiləri ala bilər.
Həmçinin Rusiya da bu xəbərləri təkzib edib.
İki ölkə arasında istənilən silah mübadiləsi BMT-nin sanksiyalarını pozacaq.
Şimali Koreyanın Müdafiə Nazirliyinin adı açıqlanmayan bir rəsmisi bu barədə açıqlamada qeyd edib: "Biz əvvəllər heç vaxt Rusiyaya silah-sursat ixrac etməmişik və ixrac etməyi planlaşdırmayacağıq."