Bakı 18˚C Showers

Simonyan Türkiyəyə qarşı ərazi iddiası qaldırdı - VİDEO

Siyasət 11:45 07 okt, 2021

Mən tamamilə imperiya düşüncəli, rus şüurlu adamam – ümumiyyətlə, bütün hamısını qaytarmaq istəyərdim

Simonyan Türkiyəyə qarşı ərazi iddiası qaldırdı - <span style="color:red">VİDEO</span>

“Rusiya-1” telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində Türkiyəyə qarşı ərazi iddiaları səsləndirilib.

Qazet.az xəbər verir ki, Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “RT”, “Rusiya bu gün”, “Sputnik” kimi KİV-in rəhbəri olan Marqarita Simonyanla müzakirə zamanı deyib:

“Rusiyada sərt bir rejim altında ermənilər Araratı və Qarsı alacaq. Yeltsin kimi demokratların rəhbərliyi altında ermənilər Yerevanı da itirəcəklər”.

Simonyan isə cavabında Qars və Araratı (Ağrı dağı) Rusiyanın tərkibinə qaytarmaq istədiyini deyib:

“Əlbəttə, Qars və Araratı Rusiyanın tərkibinə qaytarmaq istəyirəm. Bu ərazilər biabırçı Qars sazişinə qədər Rusiyaya məxsus olub. Mən tamamilə imperiya düşüncəli, rus şüurlu adamam – ümumiyyətlə, bütün hamısını qaytarmaq istəyərdim. Daha bir utancverici Brest sazişi ilə əhailimizin üçdə birini və ərazimizin böyük hissəsini itirmişik”.

Mənbə