"Sinyor Robinzon" filminin "Pyatnitsa"sı: 71 yaşında - FOTO
"Bu filmdən sonra onun doğma Eritreyasında ailəsinin rüsvay olduğunu deyənlər də olub..."
"O, bu yaşında da qeyri-adi gözəlliyini qoruyub saxlayıb..."
Zeydi Arayanın məhşurluğuna aparan yol asan olmayıb.
Qazet.az xəbər verir ki, bu barədə "Kinoafişa" nəşri yazıb.
Ekzotik zahiri görünüşü olan Zeydi Araya 1976-cı ildə məşhur filmin sayəsində geniş populyarlıq qazanıb.
Onun İtalyan komediya aktyoru Paolo Villadco ilə dueti tamaşaçıları laqeyd buraxmayıb.
Komediyanın yumoru ədəb normalarından az qala kənara çıxıb, lakin Zeydini bununla qorxutmaq mümkün deyildi.
Çünki 1970-ci illərin əvvəllərində böyüklər üçün açıq-saçıq italyan fimlərində çəkilib.
Onun doğma Eritreyasında belə davranış narazılıq dalğası yaradıb, Arayanın ailəsinin rüsvay olduğunu deyənlər də olub.
Prodüser Franko Kristaldi ilə əməkdaşlıq və nikah belə janr filmlərdə çəkilişə son verməyə sövq edib.
Onun himayədarlığı ilə o, "Sinyor Robinzon"da Pyatnitsa roluna, sonra daha bir neçə filmlərdə çəkilib.
1992-ci ildə həyat yoldaşının vəfatından sonra daha filmlərə çəkilməyib.
Hazırda onun 71 yaşı var. Buna baxmayraq, o, qeyri-adi gözəlliyini qoruyub saxlayıb.
Onun tədbirlərdə qırmızı xalça üzərinə nadir çıxışları heyranlıq doğurur.
Araya rejussor Massino Spanoya ərə gedib, Mikelancelo adlı böyük oğlu var.