Şinzo Abenin ölümünə görə işdən çıxdı
Siyasət
13:45 25 avq, 2022
Yaponiyanın polis rəisi keçmiş baş nazir Şinzo Abenin güllələnməsinə görə istefa verəcək.
Qazet.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Ölkənin ən uzunmüddətli baş naziri olan 67 yaşlı Abe iyulun 8-də qərbdəki Nara şəhərində güllələnib.
Məsuliyyəti öz üzərinə götürmək üçün istefa verəcəyini deyən milli polis rəisi İtaru Nakamura, cənab Abenin öldürülməsi ilə əlaqədar istefa verən ən yüksək vəzifəli şəxsdir.