Siqaret çəkən gəncə qarşı Polis özbaşınalığı - Zorakılıq
Gündəm
14:03 27 sen, 2021
“Bir nəfər evindən bir neçə yüz metr aralıda olduğuna görə qandallanıb”

Avstraliyanın Melburn şəhərində polis özbaşınalığı yaşanıb. Görüntülər hadisə yerindəki insanlar tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.
Qazet.az xəbər verir ki, bu barədə jurnalist Rita Panahi öz “tvitter” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir : "Melburnda ağılasığmaz hücum. Bir nəfər evindən bir neçə yüz metr aralıda olduğuna görə qandallanıb. Polis, "orada olmaq üçün heç bir əsaslı səbəbi olmadığını" və "tibbi maska taxmadığını" söyləyib. Adam isə sadəcə nahar etdiyini və siqaret çəkdiyini söyləyib."
Qeyd edək ki, Avstraliyada sərt karantin rejimi tətbiq olunur.
-