Bakı 7˚C Showers

Siqaret çəkənlərin 10 faizi xərçəng xəstəliyindən dünyasını dəyişir

Maraqlı 15:15 23 avq, 2022
Siqaret çəkənlərin 10 faizi xərçəng xəstəliyindən dünyasını dəyişir

Qazet.az siqaretlə bağlı maraqlı məlumatları sizinlə paylaşır:

- Norveçdə şəxsi avtomobil və mənzilindən başqa, heç yerdə siqaret çəkmək olmaz.
- Gənc xanımların siqaret çəkməsi sonsuzluğa səbəb ola bilər.
- Siqaret çəkən şəxslərdə xroniki bronxitə çəkməyənlərlə müqayisədə 5-7 dəfə çox rast gəlinir.
- Tütün tüstüsündə xərçəng xəstəliyi əmələ gətirməyə qabil olan 3000-dən artıq kimyəvi birləşmə var.
- Siqaret çəkənlərin 10 faizi xərçəng xəstəliyindən dünyasını dəyişir.
- Siqaret çəkən insanlar çəkməyənlərlə müqayisədə 2-8 dəfə çox infrakt olurlar.
- Rusiyada hər il 25 milyard ədəd siqaret çəkilir.
- Dünya əhalisinin 20, dünyada siqaret çəkənlərin isə 25 faizi Çində yaşayır. Proqnozlara görə, 2025-ci ilədək Çində 2 milyondan artıq insan siqaretin yaratdığı xəstəliklərdən dünyasını dəyişəcək.
- Rusiya siqaret istehsalına görə dünyada 4-cü (ABŞ, Hindistan və Çindən sonra), əhalinin sayına nisbətən siqaret çəkənlərin sayına görə isə 1-ci yerdədir.
- Statistikaya görə, siqaret çəkmək üzündən ildə 440.000 nəfər ölür.
- Siqaret dünyada ən çox satılan məhsuldur. Hər il dünyada təxminən 1 trilyon ədəd siqaret satılır.
- Siqaret çəkən insanların dişləri çəkməyənlərlə müqayisədə daha tez tökülür.
- Bu gün dünyada siqaret çəkən insanların təxminən 80 faizi ilk dəfə bunu 18 yaşına çatmamış edib.
- Hər 24 saatdan bir hələ 18 yaşına çatmamış təxminən 4000 insan ilk siqaretini çəkir.
- Böyük insan üçün ölümcül dərəcə 1 qutu siqaretdə cəmləşib. Başqa sözlə, 1 qutu siqaretdəki tüstü insan orqanizminə eyni vaxtda daxil olsa, onu öldürər.
- 1 damcı təmiz nikotin 3 atı öldürə bilər.
- Hər il dünyada siqaret çəkən insanların təxminən 40 faizi bu pis vərdişdən yaxa qurtarmaq üçün cidd-cəhd göstərir. Lakin onlardan cəmi 3 faizi istəyinə nail olur.
- Siqaret tüstüsü ağ ciyərə daxil olduqdan 7 saniyə sonra tütün beyinə çatır.
- Siqaret çəkilən zaman onda 500-900 dərəcə istilik əmələ gəlir.
- Hazırda dünyada siqaret çəkmək vərdişindən qurtulmağın 120 vasitəsi olsa da, onların heç biri mükəmməl deyil.
- Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatının hər ilindən bir neçə saniyə məhv edir.