Siqareti söndürməməsi rusiyalı məşhur müğənniyə baha başa gəldi
Hadisə Moskvada müğənninin ikimərtəbəli mənzilində baş verib
Rusiyalı müğənni Marina Xlebnikova yanğın zamanı xəsarət alıb.
Qazet.az xəbər verir ki, müğənni ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə Moskvada müğənninin ikimərtəbəli mənzilində baş verib.
56 yaşlı müğənnidən başqa mənzildən onun əri və qızı da xilas edilib.
Xlebnikova süni tənəffüs cihazına qoşulub. Onun vəziyyəti ağır qiymətləndirilir. Ehtimal edilir ki, yanğına səbəb müğənninin siqareti söndürmədən yatması olub.
Daha əvvəl müğənni Şura M.Xlebnikovanı spirtli içki asılılığından xilas etməyə çağırmışdı. Keçmiş ərinin ölümündən sonra Xlebnikova demək olar evdən çıxmayıb, hətta əsəb probleminə görə xəstəxanada müalicə alıb. Məşhur bu hadisədən sonra 41 kiloqrama qədər arıqlayıb.