Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə dair qərar qəbul edilib
![Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə dair qərar qəbul edilib](https://qazet.az/resized/fit900x500/center/pages/128203/bf755673-82a7-3d4c-bb06-4a5e341ae981-850.jpg)
Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib.
Qazet.az-ın məlumatına görə, qərarda deyilir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur.
Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsində prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.