Bakı 18˚C Mostly cloudy

Şirvanda 20 yaşlı gənc oğlanı avtomobil vurub

Hadisə 11:55 04 okt, 2021

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlunu vurub

Şirvanda 20 yaşlı gənc oğlanı avtomobil vurub

Şirvanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.