Şirvanda güclü yanğın - Tüstüdən zəhərlənən 4 nəfər xilas edildi, daha 30 şəxs isə...
Hadisə
11:10 29 dek, 2021
30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib
Şirvanda yataqxanada baş verən yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Qazet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir k, şəhərdə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.
Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.