Skolari 4-cü dəfə Braziliya klubundan ayrılıb
Gündəm
18:14 11 okt, 2021
73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib
Braziliyanın "Qremio" klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.
Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş baş məşqçi 1987, 1993 - 1996 və 2014 - 2015-ci illərdə Porto Aleqre təmsilçisinə rəhbərlik edib.
O, iyulun 7-də yenidən bu postda təyin olunmuşdu. "Qremio" Braziliya A Seriyasında 23 oyundan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.