Bakı 20˚C Sunny

Skuter sürən it və pişik cütlüyü Ginnesin Rekordlar Kitabına düşdü- Video

Maraqlı 17:10 17 sen, 2021

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Skuter sürən it və pişik cütlüyü Ginnesin Rekordlar Kitabına düşdü- Video

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Qazet.az xəbər verir ki, filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib. Bu Saşiminin bir dəfə növbəni pozaraq  skuterə tullanmasına qədər davam edib. Tryuk da belə yaranıb.

Millett Saşiminin hər gün yeni fəndlər tətbiq etdiyini və itlərə müdaxilə etməyi sevdiyini, Lollipopun isə maneələrdən qorxmayan unikum olduğunu vurğulayıb.