Bakı 9˚C Intermittent clouds

Slovakiya və Çexiya NATO-nun genişlənməsinə dair sənədləri tezliklə ratifikasiya edəcək

Gündəm 19:38 03 iyl, 2022

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədlərin ratifikasiyası prosesini gecikdirməyəcəklər

Slovakiya və Çexiya NATO-nun genişlənməsinə dair sənədləri tezliklə ratifikasiya edəcək

“Çexiya ilə Slovakiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri tezliklə ratifikasiya edəcəklər”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya və Çexiyanın baş nazirləri – Eduard Heqer və Peter Fiala Çexiya televiziyasına müsahibələrində bildiriblər.

Onlar deyiblər ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədlərin ratifikasiyası prosesini gecikdirməyəcəklər: “Bu sənədləri ən qısa zamanda ratifikasiya edəcəyik”.