Bakı 22˚C Windy

Slovakiyada uçan avtomobillərdən istifadəyə icazə verilib - FOTO/VİDEO

Biznes 16:01 26 yan, 2022

Avtomobil kiçik və orta ölçülü təyyarə təhlükəsizliyi sertifikatı alıb və indi ölkə üzərində uça bilər

Slovakiyada uçan avtomobillərdən istifadəyə icazə verilib - <span style="color:red">FOTO/VİDEO</span>

Slovakiya hakimiyyəti “Klein Vision” startapına “AirCar” uçan avtomobilini istifadə etmək üçün rəsmi icazə verib.

Qazet.az xəbər verir ki, avtomobil kiçik və orta ölçülü təyyarə təhlükəsizliyi sertifikatı alıb və indi ölkə üzərində uça bilər.

“AirCar” 200 kiloqrama qədər sərnişin və yük daşımaq qabiliyyətinə malikdir. O, üç dəqiqə ərzində avtomobildən təyyarəyə çevrilir. Avtomobilin arxa tərəfində iki teleskopik qurğu və qatlanan qanad var. Avtomobil 2500 metrə qədər yüksəklikdə 190 km/saat sürətlə uçur.