Sloveniya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmaq niyyətindədir
Xəbərlər
11:33 11 dek, 2022
Sloveniya 2026-2028-ci illər arasında BMT-nin İnsan Hüquqları Şurasının üzvü olmaq niyyətindədir.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ölkə 2026-2028-ci illərdə şuraya seçkilərlə bağlı səsvermədə namizəd kimi iştirak etmək niyyətindədir.
“Sloveniya bütün dünyada insan hüquqlarının qorunması və onların pozuntularının aradan qaldırılmasına, bu pozuntulara görə məsuliyyətin təmin edilməsinə həmişə dəstək verəcək”, - məlumatda deyilir.